Türkiyəli müğənni Bengü yeni sevgilisi ilə görüntülənib.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Akın Altan ilə 5 il davam edən münasibətdən sonra ayrılan popçu, yeni sevgilisi ilə birlikdə dostlarının doğum günü partisinə qatılıb. 2 aydır eşq yaşadıqlarını yalnız yaxın bir neçə nəfər dostuna söyləyən cütlük jurnalistlərin olduğu yerlərdə diqqət çəkməmək üçün sıxlıq olan masalara əyləşib.
Jurnalistlərin vəziyyəti bildiyini sürücüsündən öyrənən Bengü sanki “şok” keçirib. "Əhməd bəy ilə yeni əlaqəniz xeyirli olsun" deyən jurnalistlərə eşqini inkar etməyən Bengü "Hər şey yolunda və çox xoşbəxtəm. Hamınıza təşəkkür edirəm ",- deyə cavab verib.
Bengünün yeni sevgilisi Əhməd Çakır isə iri addımlarla həmin məkandan çıxaraq avtomobili ilə oradan dərhal uzaqlaşıb.
Aytən Sadıqzadə
www.oxu.az