Ötən ilin mart ayında infarkt keçirən məşhur türkiyəli aktyor Ali Tutal beyninə qan sızması səbəbindən xəstəxanaya yerləşdirilib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, 76 yaşlı Ali Tutalın evində vəziyyəti pisləşib və sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılaraq reanimasiyaya yerləşdirilib.
Qeyd edilir ki, intubasiya edilən aktyorun hələ də həyati riski davam edir və sağlamlıq vəziyyəti kritik olaraq qalır.
Aktyor "Güneşi gördüm", "Mülteci", "Hemşo", "Tatlı kaçıklar", "Bereketli topraklar üzerinde" və "Geniş aile" kimi bir çox film və televiziya seriallarında rol alıb. Onun vəziyyəti sənət ictimaiyyətini və pərəstişkarlarını narahat edib.