34 yaşlı amerikalı Kelli Mayhyu (Kelly Mayhew) adlı qadının özünü pərəstişkarı olduğu müğənnilərə - Beyonsla Niki Minaja oxşatmaq istəməsi ona həyatı bahasına başa gəlib.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, gənc qadın yolda tanış olduğu saxtakar həkimin əməliyyatından sonra dünyasını dəyişib. Hadisə zamanı Kellinin anası da yanında olub.
Əməliyyat əsnasında nəfəs almaqda çətinlik çəkən qadın dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Saxta həkim isə hadisə yerindən qaçıb. Polis axtarışlara başlayıb.