Maykl Cekson, Madonna kimi dünya şöhrətli məşhurların taleyini qələmə alan yazıçı J. Randy Taraborrelli müğənni Beyons haqqında kitab yazıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, “Beyons olmaq: danışılmamış hekayə” adlı kitabında Jay Z-nin Beyonsa Rihanna ilə xəyanət etdiyini vurğulayıb.
J. Randy Taraborrelli iddia edir ki, 2005-ci ildə Rihannanın albomunun prodüserliyini edən Jay Z ilə müğənni arasında sevgi münasibətləri olub. Yaşananlardan sonra Beyons uzun illərdir Jay Z ilə davam edən münasibətinə son qoyub və onunla bir il boyunca görüşməyib.
Ancaq bu qərarını mediadan gizlədən müğənni daha sonra fikrini dəyişdirib və Jay Z ilə ailə qurub. 2008-ci ildə evlənən cütlüyün üç yaşında bir qızı var.