Türkiyənin rok ulduzu Şəbnəm Fərah koronavirusa görə bir ildir evindən çıxmır.
“Milliyet” xəbər verir ki, 49 yaşlı müğənni bu müddətdə qonaq da qəbul etməyib.
Buna baxmayaraq, Fərah evdə piano və gitara ifa edərək sənəti ilə bağlı məşqlərə davam edir, sosial media hesabından paylaşımlar edir.

Xatırladaq ki, sevənlərinin konsertlərdə ağır makiyajla görməyə alışdığı rok ulduz keçən ay təbii halını paylaşmışdı. Onun makiyajsız vəziyyətdə olan fotosu maraqla qarşılanmışdı.


