Məşhur türkiyəli sənətçilər Cansu Dere və Engin Akyüreyin sevgili olması ilə bağlı xəbər yayılıb.
Oxu.Az “Akşam Life” informasiya agentliyinə istinadla xəbər verir ki, sonuncu dəfə “Altın Kelebek”də mükafat alan aktyorlar münasibətlərini hər kəsdən gizlədir. Onların sevgi münasibəti mükafatlandırma gecəsindən öncə başlayıb.
Qeyd edək ki, Engin Akyürek uzun müddətdir heç kimlə sevgi münasibəti yaşamırdı. Cansu Dere isə fransız sevgilisindən bir neçə ay öncə ayrılıb.
Pərviz Hüseyn
www.oxu.az