Səs tembri və ifası ilə bir çox müğənniləri kölgədə qoyan əməkdar artist Aygün Bəylər səhnəni birdəfəlik tərk edir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, müğənni bu qərarını “ATV-Maqazin” proqramında açıqlayıb.
O, öz qərarını dəhşətli vəziyyətdə olan şou-biznesin bir hissəsi olmaq istəməməsi ilə izah edib:
“Mən artıq oxumuram, oxumaqdan daha ciddi bir sənətlə məşğul olmaq qərarına gəldim. Hətta toylarda və tədbirlərdə də oxumayacam. Şou-biznes mənlik deyil. Yeknəsəklikdən yoruldum, həyatımı dəyişməyə, özümü bütünlüklə qızıma və yeni işimə həsr etməyə qərar verdim”.
Bəylər bildirib ki, əvvəlki imicini qaytarıb - saçını qısa kəsdirib, kişi paltarı geyinir, çünki belə özünü daha rahat hiss edir.
Yenidən saçlarını kişisayağı kəsdirib kişi geyimi geyinən Aygün Bəylər əvvəlki imicinə qayıtmasına belə aydınlıq gətirib:
“Belə görkəmdə özümü rahat hiss edirəm. Belə mənə daha yaxşıdır”.