Xalq artisti Brilliant Dadaşova repertuarını genişləndirir.
Oxu.Az xəbər verir ki, müğənni yeni albomunun hazırlıqları üçün həm İstanbul, həm də Bakıda zamanını günlərlə studiyalarda keçirir. Bu yaxınlarda isə Brilliant xanım studiyaların birində “Səndən ayrı” adlı yeni mahnısını yazdırıb. Söz və musiqisi Tural Bayraməliyevə aid olan mahnı Türkiyə və Moldova studiyalarında hazırlanıb. Hazırda Londonda master və tamamlanma işləri gedən mahnının daha sonralar videoçəkimləri də nəzərdə tutulub.
Qeyd edək ki, sözügedən mahnının bəstəkarı Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərində böyük miqyaslı biznes fəaliyyəti göstərən azərbaycanlı iş adamıdır.