Rusiyanın məşhur hip-pop ifaçısı Boqdan Titomir Bakıda konsert verəcək.
Oxu.Az xəbər verir ki, müğənni dekabrın 6-sı “Opera SKY”da təşkil olunan “Back to the 90's” adlı gecədə sevilən mahnılarını səsləndirəcək.
Səhnədə eyni zamanda, DJ Shock və DJ Tim də çıxış edəcəklər.
Konsertə biletlərin qiyməti 20-100 manat arasındadır.
Aytən Sadıqzadə