Bu gün yerli mediada əməkdar artist Sevda Ələkbərzadənin iranlı iş adamı, həyat yoldaşı Kamiyar bəydən boşanacağı haqqında xəbərlər öz əksini tapdı.
Oxu.Az məsələ ilə əlaqədar əməkdar artistlə əlaqə saxlamağa çalışsa da, Sevda Ələkbərzadə telefon zənglərinə cavab verməyib.
Ona görə də müğənninin qardaşı Zaur Ələkbərzadədən bu barədə məlumat almağa cəhd göstərdik.
Saytımıza açıqlama verən Zaur bəy yayılan xəbərlərin əsassız olduğunu bildirdi:
“Bunlar hamısı boş söhbətlərdir. Yayılan xəbərlər şayiədir. Bu tipli informasiyalar tez-tez yayılır”.
Aytən Sadıqzadə
www.oxu.az