“Böyük Lebovski” və “Santa Klaus” filmləri ilə məşhurluq qazanan aktyor Devid Haddlston ABŞ-da 85 yaşında dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə “New York Daily News” məlumat yayıb.
Son zamanlar aktyorun ürək və böyrəklərində problemlər olub.
Devid Haddlston 1930-cu ildə Virciniya ştatında Vintonda anadan olub. Nyu-Yorka getməzdən və aktyor karyerasına başlamazdan öncə o, ABŞ Hərbi-Hava Qüvvələri aviasiya mühərrikləri üzrə mexanik vəzifəsində çalışıb.
Aytən Sadıqzadə
www.oxu.az