Yeni çəkilişlər üçün Dağıstana yola düşən “Bozbash Pictures” komandası bir neçə gündür ki, vətənə dönüb.
Oxu.Az xəbər verir ki, aktyorlar “Bozbash Pictures”in bu dəfəki çəkilişinin keçən dəfəkilərdən daha çətin olduğunu söyləyib. Çünki Dağıstanda hər kəs əlində tapança ilə gəzir. Ən adi bir ehiyatsızlıq xoşagəlməz sonla nəticələnə bilərdi. Buna baxmayaraq maraqlı kadrlar çəkən komanda, həmişəki kimi fərqli bir buraxılış olacağını qeyd etdi. Hər dəfə bir məşhuru aktyor kimi dəvət edən “Bozbash Pictures”in aktyorları bu dəfə Nadir Qafarzadəni dəvət etdi.
Oxu.Az çəkiliş məkanından olan şəkilləri sizə təqdim edir.
Aytən Sadıqzadə
www.oxu.az