Ötən il 47 milyon dollar qazanaraq “Forbes” jurnalı tərəfindən “Ən çox qazanan model” seçilən Gisele Bündchen podiumda təqaüdçü olacağını açıqlayıb.
Oxu.Az əcnəbi mətbuata istinadla xəbər verir ki, braziliyalı model yubileyini gələn ay keçiriləcək Sao Paulo Moda Həftəsində Braziliya markası “Colcci”nin nümayişi zamanı podiumda qeyd edəcək.
Bundchen 8 ildir dünyanın ən çox qazanan modeli adını dadmağı heç kəsə fürsət vermir.
Bir-birindən məşhur brendlərə modellik edən Bündchen xeyirxah işləri ilə də tanınır.
Braziliyada təmiz su layihələrində iştirak edən Bündchen 2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının Ətraf Proqramının xoşniyyətli elçisi olmuşdu.
Aytən Sadıqzadə