Hollivud aktyoru Bred Pitt təyyarə ilə Los-Ancelesə səyahət edən zaman həyat yoldaşı və həmkarı Ancelina Colinin gözləri qarşısında övladlarını döyüb.
Oxu.Az bu barədə TMZ-yə istinadla xəbər verir.
Los-Anceles polisi uşaqlara qarşı fiziki zoraklıq tətbiq etdiyinə görə Pitt haqqında cinayət işi qaldırıb.
Saytın yayımladığı məlumatda qeyd olunur ki, artıq Pitt və Colinin ifadələri alınıb. Yaxın günlərdə ulduzların 6 övladı da dindiriləcək.
19 sentyabrda A.Coli B.Pittdən boşanmaq üçün məhkəməyə ərizə verib. Hər iki tərəf onlara aid olan, ümumilikdə 500 milyon dollar dəyərindəki mirası bölüşdürmək üçün vəkil tutub.
Aytən Sadıqzadə
www.oxu.az