Xalq artisti Brilliant Dadaşova Amerika Birləşmiş Ştatlarına gedir.
Oxu.Az xəbər verir ki, sənətçi bu haqda video yayaraq açıqlama verib.
Sənətkar açıqlamasında bildirib ki, onun bu səfəri konsertlə bağlıdır. Brilliant Dadaşova konsertə yaradıcı heyətlə birlikdə qatılacaq.
Qeyd edək ki, Dadaşovanın səhnə aldığı konsertdən yığılan pullar işğaldan azad olunmuş torpaqların minadan təmizlənməsi üçün yaradılan fonda köçürüləcək.