Xalq artisti Brilliant Dadaşova “Big Apple Music Awards” musiqi müsabiqəsində iştirak edəcək.
Oxu.Az xəbər verir ki, siyahıda Sezen Aksu, Tarkan, Hande Yener, Əmir Diab, Araş, Xaled, Yıldız Usmanova və bir çox məşhurlar var. Müsabiqə səsvermə yolu ilə keçiriləcək. Ən çox səs toplayan on iştirakçı finala vəsiqə qazanacaq. Yarışma ilin sonuna kimi davam edəcək.
2007-ci ildən keçirilən “Big Apple Music Awards” müsabiqəsinə Qafqaz, Orta Şərq və Mərkəzi Asiya ölkələrinin tanınmış müğənniləri qatılır.

Aytən Sadıqzadə
www.oxu.az