Xəbər verdiyimiz kimi “The Big Apple Music Awards 2014”dən Azərbaycana 3 mükafat gəldi.
Oxu.Az xəbər verir ki, İlhamə Qasımova “Best Female Artist of Azerbajian” (“Azərbaycanın ən yaxşı qadın artisti”), Brilyant Dadaşova “Lifetime Achievement Award”, Tahir Eynullayev isə “Best Male Artist of Azerbajian” (“Azərbaycanın ən yaxşı kişi artisti”) nominasiyalarının qalibi olublar.
Xalq artisti Brilyant Dadaşova “Big Apple Worlds Award” mükafatlandırma mərasimi ilə bağlı “Şoubiz+” verilişinə danışıb:
“Neçə ildir ki, oradan zəng edib “Siz mükafat qazanmısınız” deyirlər. Burada isə məni qınayırdılar ki, qazanmısan, get, mükafatı al, gətir. Mən də getdim, gətirdim. Orada sorğu aparıblar. Asiya ölkələri arasındakı sorğunun nəticəsində Azərbaycandan iki səs bəyənilib: Zeynəb Xanlarova və mən. Mükafatla yanaşı mənə 30 min dollar da verdilər”.
Həmin kadrlara 3.05-ci dəqiqədən baxa bilərsiniz.