Azərbaycanda 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Astara Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Mərkəzi Xəstəxanasının həyətində qeydə alınıb.
Rayonun Səncərədi kənd sakini, 2009-cu il təvəllüdlü Cəsarət Ədalət oğlu Babayev ehtiyatsızlıqdan qır quyusuna düşərək ölüb.
Hadisə yerinə gələn Astara Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları C.Babayevin cəsədini quyudan çıxarıb.
Faktla bağlı araşdırma aparılır.