Xalq artisti Brilyant Dadaşova rəqs edərkən yayılan videosundan danışıb.
Oxu.Az xəbər verir ki, ATVxəbər.az-a danışan ifaçı bildirib ki, bu videoda onun içkili olması haqqında yazılan məlumatlar yanlışdır.
Xalq artisti rəqs edən zaman içkili olmayıb, əksinə o zərərli vərdişlərə qarşı daim mübarizə aparan ifaçılar sırasındadır:
“Rəqs etmək üçün spirtli içki qəbul etməyə ehtiyac yoxdur. Musiqiyə aşiq olmaq lazımdır. Mən heç vaxt spirtli içki qəbul etmirəm. Sağlam həyat tərzini də təbliğ edən yeganə müğənniyəm”.
Qalmaqallı videonu Oxu.Az sizə təqdim edir:
E.Ə.
www.oxu.az