İki hamilə qadın doğum evinə gedərkən yol-nəqliyyat qəzasında həlak olublar.
Oxu.Az LifeNews-a istinadən xəbər verir ki, faciə Rusiyada Kabardino-Balkariyada Malka kəndində baş verib.
VAZ-ın sürücüsü idarəetməni itirib: maşın donmuş yolda sürüşərək qarşı hərəkət zolağına çıxıb, orada MAN yük maşını ilə toqquşub.
İlkin versiyaya görə, qəzanın səbəbi minik avtomobilinin sürücüsünün sürət həddini aşması olub.
Yerli avtomobilin sükanı arxasında gənc kişi olub, o həyat yoldaşını doğum evinə aparırmış, onların yanında, sənədlərin qeydiyyatdan keçirilməsinə kömək üçün cütlük ilə bərabər xəstəxanaya gedən digər hamilə qadın olub. Hər iki qadın və sürücü hadisə yerində həlak olublar.
Faciəni yük maşınının videoqeydiyyat kamerası çəkib. Kadrlarda sürücülərin toqquşmadan qaçmaq imkanlarının olmaması aydın görünür: minik avtomobili sanki yük maşınının təkərləri altına atılır.
E.Ə.
www.oxu.az