Xalq artisti Brilyant Dadaşova Facebook səhifəsində duet ortaqlarına ismarış göndərib:
Oxu.Az xəbər verir ki, müğənni “Mirzə dayı (Mirzə Babayev) ilə ifa mənə rahatdır. 86 yaşlı insanın səsi mükəmməldir. Heyf... Tamamilə peşəkar insanlarla - Akif İslamzadə, Mirzə dayı ilə duetlər oxumuşam. Məni qınayıb-inciyənlər, bu cür dühalardan sonra necə sizinlə duet oxuyum? Onlardan sonra üzüm gəlməyib, etiraz etməyib kiminlə duet oxumuşamsa, papağını göyə atsın. Qudurmasın!”,- deyə şərh yazıb.
