Xalq artisti Brilyant Dadaşova “ATV Maqazin”ə açıqlama verib.
Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, müğənni oğlu Cahaddan bəhs edib:
“Oğlum onun fotosunu paylaşmağımı xoşlamır. Bu yaxınlarda mənə bir şəklini göndərdi. İcazə aldım ki, sosial şəbəkədə paylaşım? Dedi: “Hə” demirəm, “yox” da desəm inciyəcəksən. Özün bil”. Mən də paylaşdım”.
B.Dadaşova “Deyirlər, Türkiyədə ev almısınız?” sualını təsdiqləyib:
“13-14 yaşımdan işləyirəm, halal zəhmətimlə qazanıram. İstedadımla öz musiqimi tamaşaçıya çatdırmışam. Bu qədər zəhmətim var, deyirsiz bir evim də olmasın? Özüm üçün bir ev, bir maşın almışam”.