Noyabrın 23-də Londanda yerləşən “Kovent Qarden” teatrında “British Fashion Awards -2015” mərasimi keçirilib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, gecədə Devid və Viktoriya Bekhem cütlüyü, Devid Qandi, Molli Kinq, Naomi Kempbell, Ledi Qaqa, Rita Ora və digər dünyaca məşhur ulduzlar iştirak ediblər.
Həmişəki kimi tanınmış simalar bu dəfə də geyimləri ilə medianın diqqətini çəkməyi bacarıblar.
Müğənni Ledi Qaqa tədbirə qırmızı rəngli sadə və dəbli libasda qatılıb. İfaçı geyimini “Tom Ford”dan seçib.
Mərasimdə “Ən yaxşı kişi geyimləri dizayneri” və “Ən yaxşı qadın geyimləri dizayneri” adını Conatan Anderson qazanıb. “Ən yaxşı model” isə Cordan Dann seçilib.
“British Fashion Awards -2015”in qaliblərinin siyahısı belədir:
“Ən yaxşı brend” - Stella McCartney
“Ən yaxşı kişi geyimləri dizayneri”- J. W. Anderson
“Ən yaxşı qadın geyimləri dizayneri” - J. W. Anderson
“Ən yaxşı model” - Jourdan Dunn
“Ən yaxşı reklam şirkəti” – Burberry
“Ən yaxşı qadın geyimləri yeni dizayneri” - Thomas Tait
“Ən yaxşı kişi geyimləri yeni dizayneri” - Grace Wales Bonner
Aytən Sadıqzadə
www.oxu.az