40 yaşlı Ledi Qaqa makiyajsız halını nümayiş etdirib
ABŞ-li müğənni Ledi Qaqa (əsl adı - Stefani Coann Ancelina Cermanotta) makiyajsız təbii görünüşünü paylaşıb.
Oxu.Az xəbər verir ki, o bu görüntüləri özünün "Instagram" səhifəsində izləyicilərinə təqdim edib.
40 yaşlı sənətçi paylaşdığı görüntülərdə əvvəlcə makiyajsız halda kamera qarşısına keçib. Daha sonra o, üzünə qulluq vasitələri sürtüb, kontur qoyub, gözətrafı nahiyənin rəng tonunu tənzimləyib və dodaqlarını boyayıb. Müğənninin saçlarının yuxarıdan "at quyruğu" şəklində yığıldığı da diqqət çəkib.