Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Buzovna yolunda qeydə alınıb.
Qəza zamanı eyni istiqamətdə hərəkətdə olan VAZ-2121 və BMW markalı avtomobillər toqquşub.
Zərbədən sonra VAZ tamamilə yanaraq külə dönüb.
Hadisə zamanı ölən və ya xəsarət alanlarla bağlı məlumat yoxdur.
Qaynar xətt:
(055) 224 12 12