İngiltərə Premyer Liqasının VI turunda "Arsenal" doğma meydanda "Lids Yunayted"i məğlub edib.
Oxu.Az xəbər verir ki, Mikel Artetanın rəhbərlik etdiyi kollektiv rəqibini 2:1 hesabı ilə üstələyib.
Qonaqların heyətində Ceyms Castin 55-ci dəqiqədə hesabı açıb. "Arsenal" 62-ci dəqiqədə Rikardo Kalafiorinin qolu ilə tarazlığı bərpa edib. Bruno Gimaraynş isə 70-ci dəqiqədə vurduğu qolla London klubuna qələbə qazandırıb.
Qeyd edək ki, bu nəticədən sonra "Arsenal" 15 xalla ikinci pillədə, "Lids" komandası isə 9 xalla beşinci yerdə qərarlaşıb.