“Eurovision-2011”in qalibi Nigar Camal türkiyəli müğənni Berksan ilə ifa etdiyi “Her halde” mahnısına çəkilən klipi təqdim edib.
Oxu.Az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, söz və musiqisi Berksana məxsus bəstəyə rejissor Nihad Odabaşı ekran həyatı verib.
Camal klipdə dünya ulduzu Cenifer Lopezə bənzərliyi və rəqsləri ilə diqqət çəkib.