İş axtarışında olan Fərid Rəsul bu dəfə odda yanmazlarla bir araya gəldi.
Oxu.Az xəbər verir ki, cəsur teleaparıcı “İş həmişə var”da yanğınsöndürənlərlə birgə real yanğın hadisəsini çəkib ekranlara gətirəcək.
Çətin və məsuliyyətli peşənin, yanğının içində iş görən aparcını və yanğınsöndürənləri “İş həmişə var” da görəcəksiniz.
Dəhşətli kadrlar və təhlükəli peşənin sahibləri- yanğınsöndürənlərin bir günlük işini 9 mart saat 13.15 də “ATV” telekanalında izləyə bilərsiniz.
Verilişin müəllifi və aparıcısı Fərid Rəsul, redaktoru Aynur Əliyeva, rejissorları Əli Süleymanlı,Tofiq Babayev, prodüseri Vüqar Şəfiyevdir.
Verilişin informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.
Aytən Sadıqzadə
www.oxu.az