Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfə keçən erməni haqda məlumat yayıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, məlumata görə, saxlanılanın adı Arsen Xocayandır.
O, 1991-ci ildə anadan olub. Erməni mətbuatı yazır ki, Arsen Xocayan bir müddət əvvəl Azərbaycan-Ermənistan sərhədində saxlanılan Mamikon Xocayanın kəndçisidir.
Ermənistan müdafiə nazirliyindən yerli mətbuata verilən açıqlamada isə bildirilir ki, Azərbaycan tərəfinə keçən Ermənistan vətəndaşı əsgər olmayıb, mülki şəxsdir.
Qeyd edək ki, dünən günorta saatlarında Tovuz çayı üzərindəki dəmiryolu körpüsünün yaxınlığında sakinlər tərəfindən 21-22 yaşlı erməni saxlanılmışdı.