Bu gün xalq artsiti İlhamə Quliyevanın ölümündən 40 gün keçir.
Oxu.Az xəbər verir ki, İ.Quliyeva fevralın 25-də hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması nəticəsində vəfat edib.
Mərhumun nəşi vəsiyyət etdiyi kimi anası, xalq artisti Tükəzban İsmayılovanın yanında, II Fəxri Xiyabanda dəfn olunub.
Bu gün “Təzəpir” məscidində baş tutan 40 mərasiminə sənət aləminin tanınmış simaları, mərhumun yaxınları qatılıb.
Xatırladaq ki, Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olub.
1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-cı illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
Orxan Nadirov adlı bir oğul övladı var. Əslində, Orxan Nadirov İlhamə Quliyevanın doğma oğlu deyil, o İlhamə xanımın xalasi nəvəsidir.