Amerikalı pop müğənnisi, 15 “Qremmi” və s. mükafatların sahibi, adı 13 dəfə Ginnesin Rekordlar Kitabına düşən Maykl Cozef Cekson (Michael Joseph Jackson) yaşasaydı, bu gün 58 yaşını qeyd edəcəkdi.

Oxu.Az xəbər verir ki, dünyada satılan albomlarının tirajlarının sayı 750 milyondan çoxdur. Uşaq yaşlarından “Jackson 5” qrupunun üzvü kimi tanınıb, sonradan solo artisti kimi şöhrət qazanıb.
“Pop musiqisinin kralı” kimi tanınan Ceksonun 1982-də işıq üzü görən “Thriller” albomu dünya tarixində ən çox satılan albomdur.

M.Cekson 2008-ci ildə İslam dinini qəbul edib.

2009-cu il 25 iyun tarixində 50 yaşında qəflətən vəfat edib. Tibbi ekspertizanın nəticəsinə görə, Cekson güclü ağrıkəsici sayılan propofolu ölümcül dozada qəbul etməsindən dünyasını dəyişib. Pop kralı Los-Ancelesin “Forest Lawn” xiyabanında dəfn edilib.
A.S.
www.oxu.az