Noyabrın 27-də Tayvanda “Charity Queen of One Power İnternational 2015” beynəlxalq model müsabiqəsinin finalı keçiriləcək.
Oxu.Az xəbər verir ki, təmsilçimiz 19 yaşlı Günel Şirəliyeva 7 gündür ki, Taybey şəhərindədir.
O, müsabiqənin milli geyim gecəsində modelyer-dizayner Xəyalə Hüseynovanın kolleksiyasından geyim nümayiş etdirəcək.
Qeyd edək ki, Günel avqust ayında İzmirdə keçirilən “Miss Exclusive” beynəlxalq model müsabiqəsinin finalında iştirak edib. O, “Model High Life Fashion & Model Academy”də model təcrübəsi keçib. Hazırda “Venera Model & Cast” agentliyində çalışır.
Xatırladaq ki, müsabiqənin beynəlxalq direktoru Zamir Hüseynov, Azərbaycan üzrə təşkilatçısı Aqil Məmiyevdir.
Aytən Sadıqzadə
www.oxu.az