Türkiyə səhnəsinin divası kimi tanınan, müğənni Bülent Ersoyun anası Necla Poyraz dünyasını dəyişib. O, yas mərasimi üçün Daxili İşlər Nazirliyindən özəl icazə alıb.
Oxu.Az xəbər verir ki, bu məlumatı “Hürriyet” qəzeti yayıb.
Nazirlik sosial məsafə qaydasına əməl olunmasını bildirərək, yas mərasiminin keçirilməsinə icazə verib.

İnfarktdan vəfat edən 86 yaşlı N.Poyrazla vida mərasimi “Zincirlikuyu” məscidində baş tutub. Cənazə namazı qılındıqdan sonra mərhum torpağa tapşırılıb.
Qaralara bürünən B.Ersoy jurnalistlərin önünə keçərək bunları söyləyib:
“Anam öldü. Anasız qaldım. Bir övlad hansı yaşda olursa-olsun, anası üçün uşaqdır. Ana başqadır. Allah valideynlərinizi qorusun. Rəfiqəm Nur Yerlitaşın ölümündən iki saat sonra o, həyatını itirdi”.
Müğənni sonra anasının məzarı başında dua edib.
:640.jpg)


Rəşad Əliyev