Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Respublika Bayramı ilə əlaqədar Prezident Sarayında sənət aləminin tanınmış simalarını qəbul edib. Qonaqlar arasında müğənni Bülent Ersoy da iştirak edib.
Oxu.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, ifaçının gecəyə geyindiyi qara saçaqlı libası sosial medianın lağ mövzusuna çevrilib.
İfaçının geyimi “Arog” filmindəki “Karga”ya, “Taxt oyunları” serialındakı Con Snouya və digər obrazlara bənzədilib.