Bülent Ersoy verilişlərin birində musiqiçiləri təhqir edib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni “Show TV”də proqramında musiqi qrupuna “Allah bəlanızı versin, axmaq, quşbeyinlilər” dediyi üçün Radio-Televiziya Şurası “Show TV”-yə 120 min lirə cəza kəsib.
Radio-Televiziya Şurası hazırladıqları hesabatda “Ersoy musiqi heyətini təhqir etmiş və qürur incidici sözlərlə insan haqlarını pozmuşdur” deyə qeyd edib və “Türkcənin kobud və arqo istifadə edilməsi” maddəsi ilə kanala 120 min 834 lirə pul cəzası verilib.
Aytən Sadıqzadə
www.oxu.az