Bir müdət öncə A.Hüseynov Hollivud ulduzu Ancelina Colinin xəstəliyi düzələcəyi təqdirdə aktrisaya qurban kəsəcəyini söyləmişdi. Deyəsən, indi o həmin qurbanı özünə kəsməli olacaq.
Oxu.Az xəbər verir ki, Lider telekanalında yayımlanan “Pərdə” verilişinə müsahibəsində müğənni vəziyyətinin yaxşı olmadığını söyləyib.
“Sükan arxasında dostum oturmuşdu. Qəfildən yola maşın çıxdı və qəza baş verdi. Sağ qolum, ayağım əzilib. Üzüm tanınmaz hala düşüb. Qoy sağalım, Ancelina Coliyə yox, özümə qurban kəsəcəyəm”.
Kimə niyyət, kimə qismət...
Aytən Sadıqzadə
www.oxu.az