Sizə Türkiyədə keçirilən “Yetenek sizsiniz” müsabiqəsinin qalibi, yumor ustası Atalay Demircinin Bakıya gələcəyi barədə xəbər vermişdik.
Oxu.Az xəbər verir ki, Atalay dünən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Stand up” şousu ilə çıxış edib.
Tədbirdə Türkiyənin Bakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet Arslan, millət vəkili Qənirə Paşayeva və digər ictimai şəxslər iştirak edib.
Qeyd edək ki, şou xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək məqsədilə “Birgə Sağlam İctimai Birliyi”, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu”, “Memoria Center” və “TÜSİAB” tərəfindən təşkil olunub.
Aytən Sadıqzadə
www.oxu.az