Burak Özçivitə olan bənzərliyiylə diqqət çəkən Barış Egemen akytorun qəzəbinə tuş gəlib.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bir neçə gün əvvəl aktyorun atasının işlətdiyi Leventdəki “Balıbey dönər restoran”a gələn Egemen Özçivitlə qarşılaşıb.
Egemenin masasına yaxınlaşan Özçivit “Məkanımda nə işin var? Ekrana çıxıb mənim hesabıma mükafat qazanmağa çalışırsan. Utanmadan buraya da gəlmisən, səni görmək istəmirəm” deyərək bənzərini oradan qovub.
Aytən Sadıqzadə
www.oxu.az