ARB TV-nin “Səhər-Səhər” verlişinə Burak Özçivitin azərbaycanlı oxşarı Bəkir Bəkirzadə qonaq olub.
Oxu.Az xəbər verir ki, Azərbaycanda və Türkiyədə məşhur olan aktyor Burak Özçivitin azərbaycanlı oxşarı qızların əlindən şəhərdə rahat gəzə bilmədiyindən danışıb:
“Bu oxşarlıq həyatımı yaxşıya doğru da, pisə doğru da dəyişdi. Harasa gedəndə insanların reaksiyası o qədər olur ki, hətta oturub çay belə içə bilmirəm”.
Bəkir peşəkar futbolçu olduğunu qeyd edib:
“25 yaşım var. 10 yaş kiçiyəm Burak Özçivitdən. Burak Özçivit haqqında oxumuşam. O, öz oxşarını bəyənmir. Amma əslində, bu, yaxşı hal deyil.
Misal üçün, mən sevdiyim futbolçunun oxşarını görsəm və yaxud Bəkir Bəkirzadə kimi tanınsaydım, öz oxşarımı görsəydim, bu məni sevindirərdi ki, kimsə özünü mənə oxşadır. Mən özüm o insanla şəkil çəkdirərdim ki, bu insan mənim oxşarımdır”.
Pərviz Hüseyn
www.oxu.az