Türkiyənin məşhur aktyoru Burak Özçivit iki yaşlı oğlu Karan üçün “Instagram” hesabı yaradıb.
Bu barədə “Haber Global” xəbər yayıb.
Məlumata görə, @karanozcivit hesabında hazırda bir görüntü olmasına baxmayaraq, artıq səhifənin 200 minə yaxın üzvü var.
Посмотреть эту публикацию в Instagram
Bundan başqa Burak Özçivit oğlunun sükan arxasındakı fotolarını paylaşıb.
Xatırladaq ki, Burak Özçivitlə Türkiyənin ən gözəl aktrisalarından biri sayılan Fahriyye Evcen arasında eşq macərası adıçəkilən aktyorların baş rollarını ifa etdikləri “Çalıquşu” serialının çəkilişi zamanı başlayıb.
2017-ci ilin yazında Almaniyanın Zolinqen şəhərində nişanlanan cütlük həmin ilin iyun ayında İstanbulda evlənib. 2019-cu ilin aprel ayında isə cütlüyün oğlu dünyaya gəlib.
Hazırda Burak Özçivit “Diriliş Osman” serialında Osmanlı imperiyasının banisi Osman Qazi rolunu canlandırır.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyada vağzallarda alkoqol qadağasını pozan beş minə yaxın şəxs aşkarlanıb
- Almaniya kəşfiyyatı yeni əməkdaşlar cəlb etmək üçün qeyri-adi üsula əl atdı
- Hitlerin "Qartal yuvası"nı yandıran şəxs tutuldu - Foto
- Almaniyada 80 yaşlı şəxsin hüceyrələri 60 il cavanlaşdırıldı
- Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu
Digər xəbərlər