Rusiyanın RnB kraliçası Byanka paytaxtımızda növbəti dəfə konsert proqramı ilə çıxış edəcək.
Oxu.Az xəbər verir ki, konsert avqustun 23-də Jumeirah Bilgah Beach Hotel-də yerləşən Equinox Beach Club-da reallaşacaq.
Byanka öz hitlərinin, həmçinin yeni mahnılarının daxil olduğu konsert proqramında bakılıları bir araya gətirəcək.
Aytən Sadıqzadə
www.oxu.az