Castin Biber populyarlıq yükünə tab gətirməyərək şou-biznesi tərk edir.
Son bir neçə il ərzində Biber heç də adekvat olmayan populyarlıq qazanıb. Onun tez-tez mətbuat nümayəndələri və paparassilər ilə davası olurdu.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu yaxınlarda isə Castin böyüdüyünü qərara alaraq davranışlarına ciddi baxmaq barədə düşünüb. Müğənni hətta albom yazdıraraq dünya turuna da çıxıb.
Biber nə qədər böyüməyə çalışsa da, uşaqlıq hərdən özünü göstərir. Məsələn, bu yaxınlarda fanatları ilə dalaşıb, daha öncə isə pərəstişkarları ilə şəkil çəkdirməkdən imtina edərək, bundan yorulduğunu bildirib. Hazırda müğənni fasilə vermək istəyir və dincəlmək üçün şou-biznesdən getməyi düşünür.
Bu ehtimalları müğənninin yaxın adamlar təsdiqləyib:
“Son bir neçə həftə ərzində Castin böyük psixoloji təzyiq hiss edirdi”.
“Castin əvvəlki kimi mahnı yazmağı və bu mahnıları fanatları üçün oxumağı sevir, amma konsert turnesi onun üçün psixoloji cəhətdən ağır oldu. O, artıq pərəstişkarları ilə görüş keçirməkdən, onlarla şəkil çəkdirməkdən imtina etsə də əvvəlki kimi təzyiqi hiss edir”, -deyə məlumat verən mənbə sözünü yekunlaşdırıb.
Aytən Sadıqzadə
www.oxu.az