Bu gün “Düzünü desək” verilişinin qonağı olan əməkdar artist Cavanşir Məmmədov canlı efirdə gözlənilməz açıqlamaları ilə hər kəsi təəccübləndirib.
Oxu.Az gecce.az-a istinadla xəbər verir ki, əməkdar artist bir çox ailələrin dağılma səbəblərindən danışıb:
“Bir qadına bir telefon bəs edir. İki nömrə işlətmək istəyirsə iki kartlı telefon da işlədə bilər. Mənim tanıdığım kişilər var ki, 3 telefonu var. İkisini hər zaman özü ilə gəzdirir. Üçüncünü isə maşında qoyur. Maşında qalan telefon xanımlarla əlaqə saxlamaq üçündür. Evdəki xanım bilməsin deyə belə edir. O üçüncü telefon belə çıxır ki, o kişini ailəsindən soyutmaq məqsədi ilədir. O kişi bunu bilə-bilə həmin telefonu saxlayır. Eləsinə arvadbaz kişi deyirlər. Kişilərin hamısı arvadbazdır. Ancaq, orada da müəyyən bir hədd, namus-qeyrət, ulqum olmalıdır. Necə yəni, hər şeyi qadınların üstünə yüklüyək?! Qadını kim yoldan çıxardır?! Kişi yoldan çıxardır, ya da “padruqa”sı”.