Ailədaxili söhbəti ilə müğənni Cavanşir Məmmədov yenidən gündəmdədir.
Oxu.Az xəbər verir ki, Mövqe.az-a açıqlamasında ailəsində xüsusi hörmət sahibi olan müğənni bundan qürrələnərək danışıb:
“Allaha and olsun ki, inanmarsınız, uşaqlarım mənə “siz” deyə müraciət edir. Hələ bir dəfə də mənə sən deyə müraciətləri olmayıb. Özləri ilə də danışıb, dəqiqləşdirə bilərsiniz. Bu tərbiyəni də onlara aşılayan analarıdır”.
Qeyd edək ki, bir müddət öncə C.Məmmədov xanımına əl qaldırması xəbəri ilə gündəmə gəlmişdi.