Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Cavanşir Məmmədovun kürəkənindən şok: ”Məni ölümlə təhdid edirdi” - VİDEO
Əməkdar artist Cavanşir Məmmədovun kürəkəni kimi özünü təqdim edən Kemal Mustafa İbili “Təsir dairəsi” verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Kemal Mustafa İbili bu sözləri deyib:
“Cavanşir bəy bu qədər efirlərə çıxıb insanlara ağıl verir, amma bizim məsələmizi həll etmir. O, mənə insan kimi münasibət göstərmədi. Sübutlarım əlimdə tutduğum bu sənədlərdir”.
İllər əvvəl sənətkarın qızı Xatirə Məmmədova ilə münasibətdə olduğunu söyləyən Mustafa bildirib ki, Məmmədov onu sosial şəbəkələrdə dələduz kimi tanıdıb:
“Onun vasitəçiliyi ilə məni sosial mediada dələduz kimi tanıdılar. Haqqımda fərqli sözlər deyildi. İstintaq getdiyi dönəmdə verdiyi çox sayda sübutları da yox etdilər. Bunların hamısının meydana çıxmasını istəyirəm. İşimizdə pul məsələsi var. Guya ki, Cavanşir bəyin pulunu almışam. Amma mən ondan pul almamışam. Pulu hara yatırdığımız bəllidir. Gəncədə ofisim var idi. Cavanşir Məmmədovun evində üç il qeyri-rəsmi yaşamışam. Onun qızı ilə 2018-ci ildə “Facebook” vasitəsi ilə tanış oldum. Onunla evlənəcəkdim. Biz dörd dəfə Türkiyəyə getdik. Hər ay “evlənəcəyəm” desəm də, amma bizim nikahımız olmadı. “Nizami” metro stansiyası tərəfdə qalır. Üç il yarım orada yaşadım. Orada yaşayan bir çox insan məni tanıyır. Türkiyəyə 2019-cu ildə getdim. Obyektim vardı, onu satdım, İstanbulda Cavanşir bəyin qızı Xatirə üçün qızıllar aldım. İstanbulda Gebzedə də ofisim vardı. Qızın anası ilə “Qış parkı”nda görüşdük, çay içdik və mənə dedi ki, Mustafa bu iş alınsa, sən Türkiyədə ev almalısan ki, biz Cavanşir bəyə deyə bilək ki, sən qızımızla evlənmək istəyirsən. Burada söhbət 240 min dollardan gedir. Mənim 300 min dollara yaxın pulum ortada yoxdur”.
Əməkdar artist Cavanşir Məmmədov canlı efirə qoşularaq “Belə bir məsəl var ki, qara məni basınca, mən qaranı basım. Onu qəbul etmək lazımdır, müraciət etmədiyi televiziyalar qalmayıb. Ona sual veriblər ki, Cavanşir Məmmədov sizin haqqınızda cinayət işi açdırıb, ya yox?. Mustafa qırmızı dairədədir. Bir dəfə liman və bir dəfə də təyyarə yolu ilə... O ölkədən qaçmağa cəhd göstərib”, - deyib.
Kemal Mustafa İbili isə Əməkdar artistə “Mən qaçmaq istəsəydim, burada olmayacaqdım. Cavanşir bəy məni ölümlə təhdid eləyib və 15 min manat pul təklif edib. Rəqəmlər var, məhkəmədə də bunu söylədi. Orada protokol da var, Cavanşirə bu haqda nədənsə heç bir söz deyilmədi”, - deyə cavab verib.
Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. İddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat, 126 500 dollar alıb və geri qaytarmayıb. M.İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
"Cavanşir Məmmədov" teqi üzrə xəbərlər
- Əməkdar artist Cavanşir Məmmədov: “Vikipediya bilmirəm nədir”
- “Rolls-Royce”u olan müğənni GİLEYLƏNDİ: “Fəhlə bizdən yaxşı yaşayır” - VİDEO
- Geyiminə görə təhqir olunan Xalq artisti, döyülən aşıq, atmacalar: Şou-biznesin ötən ili - FOTO
- Cavanşir Məmmədovun həbsdə olan keçmiş kürəkəni yenidən şikayətçidir
- Cavanşir Məmmədovun nəvəsinin nişanından VİDEO
Rəylər