Müğənni Aygün Rəhimova cəbhədən gələn qara xəbərlərə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, o, özünün İnstagram hesabında hərbi geyimlərdə olan fotolarını paylaşaraq sevənləri ilə fikirlərini bölüşüb:
“Matəm elan olunsun? Ağlamaqdan başqa bir iş gəlmir əlimizdən? 20 Yanvarda ağlayaq, 26 Fevralda ağlayaq... Bəlkə üzərində dayanmağa ayaqlarımız yoxdur? Bəlkə silah tutmağa əlimiz yoxdur? Bəsdir, yetər ağladıq!”.
A.Rəhimovanın sözügedən şəkillərini təqdim edirik: