Müğənnilər Aygün Rəhimova və Sabir Əhmədov nişanlanıb.
Oxu.Az-ın məlumatına görə, məşhur cütlük yanvar ayının 16-da nişanlanıb. Onların hər ikisi bu xəbəri Facebook səhifəsində təsdiqləyib.
Yay aylarında isə toy etməyi planlaşdırırlar.
Qeyd edək ki, Aygün Rəhimova ötən ay Oxu.Az-ın “KinoSınaq” layihəsində “Matilda” obrazını canlandırıb.
Gənc xanım eyni zamanda, “Yeni ulduz 2” müsabiqəsinin iştirakçısı olub.
Müğənni Sabir Əhmədov isə “Unut məni”, “Canım”, “Əzizim” və s. ifa etdiyi mahnılar ilə tanınır.
Aytən Sadıqzadə
www.oxu.az