Fevralın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından XXII Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Soçiyə gələn yüksək səviyyəli qonaqların şərəfinə rəsmi qəbul təşkil olunub.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.
Rusiya prezidenti Vladimir Putin qəbulda nitq söyləyib.