Soçi şəhərində keçirilən XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimini 3 milyard televiziya tamaşaçısı izləyib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, RİA Novosti Agentliyinin verdiyi məlumata görə, mərasimi “Fişt” stadionunda 40 min qonaq seyr edib.
Olimpiya Oyunlarının rəsmi açılışında 12 mindən artıq adam iştirak edib, onlardan 3,5-i idmançılar olub.
Qeyd edək ki, dünyanın əhalisi 10 milyarda yaxındır.