Hal-hazırda alınması üçün əlavə stimullaşdırıcı təcrübənin tətbiq edilməsinə baxmayaraq, Elektron-rəqəmsal imzanı (ERİ) Azərbaycanda populyar innovasiya hesab etmək olmaz.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına əsasən Oxu.Az bildirir ki, İnformasiya Hesablama Mərkəzinin 1 fevral 2014-cü il göstəricilərinə görə Azərbaycanda ERİ üçün 17981 sertifikat verilib.
Elektron imzadan ən çox dövlət qulluqçuları istifadə edirlər. Onlar ERİ üçün 12402 sertifikat alıblar.
İkinci yerdə 4856 sertifikat alan mülki vətəndaşlardır.
Ən az ERİ-dən hüquqi şəxslər istifadə edir – cəmi 723 imza.
ERİ eləcə də elektron hakimiyyət portalına giriş üçün istifadə edilir. Amma göründüyü kimi əhali “yoxlanılmış” üsuldan istifadə edərək “ASAN Xidmət” şəbəkəsindən yararlanır.